Kabildә silsilә hücumlar törәdilib

Әfqanıstanın paytaxtı Kabilin qәrbindәki Abdul Rahim Lisseyi vә Mumtaz Kursunda törәdilәn silsilә hücumlar nәticәsindә 6 nәfәr ölüb.

1814349
Kabildә silsilә hücumlar törәdilib

 

Әfqanıstanın paytaxtı Kabilin qәrbindәki Abdul Rahim Lisseyi vә Mumtaz Kursunda törәdilәn silsilә hücumlar nәticәsindә ölәnlәr olub.

Bu barәdә Taliban müvәqqәti hökumәtinin Kabil Polis İdarәsinin sözcüsü Xalid Zadran mәlumat verib. O, Kabilin qәrbindә üç hücumun törәdildiyini deyib. Xalid Zadran hücumlarda 11 nәfәrin dә yaralandığını deyib. Hücumlar zamanı şiәlәrin hәdәf alındığı bildirilib. 

Qeyd edәk ki, hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb.



Әlaqәli Xәbәrlәr