Antonio Quterreş: “Hazırda atəşkəs mümkün görünmür’’

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş bildirib ki,Ukrayna-Rusiya müharibəsi 1,7 milyard insana mәnfi  təsir göstәrib və ərzaq, enerji və maliyyə sistemlərində fasilələr yaradıb.

1812058
Antonio Quterreş: “Hazırda atəşkəs mümkün görünmür’’

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş bildirib ki,Ukrayna-Rusiya müharibəsi 1,7 milyard insana mәnfi  təsir göstәrib və ərzaq, enerji və maliyyə sistemlərində fasilələr yaradıb.

“Hazırda atəşkəs mümkün görünmür’’,-deyә Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibi vurğulayıb.

Antonio Quterreş BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan ilə keçirdiyi mətbuat konfransında Ukraynadakı müharibənin nəticələrinin qlobal xarakterli olduğunu bildirib.

Müharibənin qlobal yoxsulluğu və aclığı artırdığını və inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatını təhdid etdiyini bildirən Quterreş  hazırda aztәminatlı 1,7 milyard insanın müharibə səbəbindәn  qida, enerji və maliyyə sistemlərində yaranan problemlәrlә üzləşdiyini deyib.

Antonio  Quterreş  deyib: "Biz inkişaf etməkdə olan ölkələrdә yaşanan maliyyə probleminin qarşısını almalıyıq’’.

Antonio Quterreş həmçinin bəyan edib ki, Ukraynada atəşkəs hal-hazırda mümkün görünmür, lakin mülki əhalinin münaqişə zonalarından təxliyəsi üçün görülə biləcək işlər var. Quterreş  Rusiya və Ukraynaya təhlükəsiz tәxliyә  mexanizmini təklif etdiklәrini bildirib.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNİCEF), BMT-nin Əhali Fondu (UNFPA) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isә Ukraynadakı tibb mәrkәzlәrinә edilәn hücumların dayandırılması ilә әlaqәdar çağırış ediblәr.

BMT-yə tabe olan qurumların yaydığı  birgə yazılı bəyanatında vurğulanıb ki, Ukraynada xəstəxana, klinika və digər tibb mәrkәzlәrinә  edilən hücumlar insanların səhiyyə xidmətlərindən yararlanmasına mane olur.

“Ukraynadakı tibb  mərkəzlərinə hücumları dərhal dayandırmağa çağırırıq”,-deyә bәyanatda vurğulanıb.

Bəyanatda humanitar yardımların ehtiyacı olanlara çatdırılması üçün tərəflərə atəşkəslә bağlı çağırış da edilib.

 

 



Әlaqәli Xәbәrlәr