Kramatorskdakı dәmiryolu vağzalına edilәn hücumda hәlak olanların sayı 50 nәfәrә çatıb

Rusiya qüvvələrinin Ukraynanın şərqindəki Donetsk vilayətinin Kramatorsk şəhərindəki dәmiryolu vağzalına təşkil etdiyi raket hücumu nəticəsində həyatını itirənlərin sayının 50 nәfәrә  yüksәlib.

1809629
Kramatorskdakı dәmiryolu vağzalına edilәn hücumda hәlak olanların sayı 50 nәfәrә çatıb

 

Rusiya qüvvələrinin Ukraynanın şərqindəki Donetsk vilayətinin Kramatorsk şəhərindəki dәmiryolu vağzalına  təşkil etdiyi raket hücumu nəticəsində həyatını itirənlərin sayı 50 nәfәrә  yüksәlib.

Ukrayna orqanlarından verilәn yazılı açıqlamada tәxliyә edilmәyi gözləyərkən Rusiya qüvvələrinin raket hücumu nəticəsində həyatını itirənlərdən 5-nin uşaq olduğu bildirilib.

Hücum nәticәsindә həyatını itirənlərin sayının 50-yə yüksəldiyi, 16-sı uşaq olmaqla 98 nəfərin yaralandığı qeyd edilib.

Kramatorsk meri Aleksandr Qonçarenko hücum zamanı yaralananların әksәriyyәtinin vəziyyətinin ağır olduğunu, bəzilərinin isə qol və ayaqlarını itirdiyini bildirib.

Qonçarenko 40-a yaxın həkimin yaralıları əməliyyat etdiyini, hücum zamanı stansiyada 4 minə yaxın mülki vətəndaşın olduğunu qeyd edib.

Ukrayna Dəmir Yolları Rusiya qüvvələrinin Kramatorsk qatar stansiyasına etdiyi hücum  nəticəsində təxliyyə  edilmәyi gözləyən 30-dan çox mülki vәtәndaşın  həlak olduğunu, 100-dən çox mülki vətəndaşın isə yaralandığını açıqlamışdı.

Ukrayna prezidenti Volodimir Zelenski  Rusiya qüvvәlәrinin Kramatorsk qatar stansiyasını “Toçka-U” raketi ilə vurduğunu açıqlayıb.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Donetsk vilayətindəki bəzi qatar stansiyalarını vurduqlarını təsdiqləsə də, hücumların Ukrayna əsgərlərinə gələn hərbi texnika və silahları məhv etmək məqsədi ilə həyata keçirildiyini iddia edib.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Rusiya qüvvələrinin Kramatorsk qatar stansiyasına raket zərbəsi endirməsi ilə bağlı bәyanatların yalan olduğu  və təxribat xarakteri daşıdığı bildirilib.

Nazirlikdən verilən yazılı açıqlamada Ukrayna rəhbərliyinin mövzu ilə bağlı açıqlamasının hәqiqәti әks etdirmәdiyi bildirilib və görüntüləri yayımlanan “Toçka-U” taktiki raketlərin yalnız Ukrayna silahlı qüvvələri tәrәfindәn istifadә edildiyi irәli sürülüb.



Әlaqәli Xәbәrlәr