İrina Vereşçuk tәxliyә edilәn mülki vәtәndaşlarla bağlı bәyanat yayıb

Ukrayna baş nazirinin müavini İrina Vereşçuk bildirib ki, dünən 6 665 mülki vətəndaş humanitar yardım dəhlizləri vasitəsilə təhlükəsiz bölgələrə təxliyə edilib.

1809704
İrina Vereşçuk tәxliyә edilәn mülki vәtәndaşlarla bağlı bәyanat yayıb

Ukrayna baş nazirinin müavini İrina Vereşçuk bildirib ki, dünən 6 665 mülki vətəndaş humanitar yardım dəhlizləri vasitəsilə təhlükəsiz bölgələrə təxliyə edilib.

Vereşçuk keçirdiyi brifinqdə aprelin 8-də humanitar dəhlizlər vasitəsilə hәyata keçirilәn təxliyələrlə bağlı bәyanatlar verib.

Rusiya qüvvələrinin mühasirәsi altında olan Mariupol və Berdyanskdan 5 158 mülki vətəndaşın avtobus və şəxsi avtomobilləri ilə Zaporojiyaya getdiyini qeyd edən Vereşçuk onlardan 1614-nün Mariupoldan, 3544-nün isə Zaporojye vilayətinin müxtəlif şəhərlərindən olduğunu bildirib.

Vereşçuk həmçinin qeyd edib ki, dünən Luqansk vilayətinin Lisiçansk, Severodonetsk, Rubejnoe, Kremennaya və Qorskoye yaşayış məntəqələrindən 1507 nəfər təxliyə edilib.

Bu arada Mariupol meri Vadim Boyçenko qeyd edib ki, 31 min mariopollu  Rusiya qüvvələri tərəfindən zorla Rusiyaya aparılıb.

Boyçenko yerli telekanala verdiyi müsahibәdә  Mariupoldan olan 31 min dinc sakinin Rusiya qüvvələri tərəfindən zorla Rusiyaya və ya qondarma Donetsk Xalq Respublikasına aparıldığını qeyd edib.

Həmin şəxslərin orada müxtəlif təhqirlərə məruz qaldığını qeyd edən Boyçenko Rusiya hakimiyyətinin onlarla sərt davrandığını, barmaq izlərinin götürüldüyünü və müxtəlif sənədlərə imza atmağa məcbur edildiyini bildirib.

Mariupol bölgəsində yalnız Berdyansk-Zaporijya humanitar dəhlizinin fəaliyyət göstərdiyini və bu marşrutla insanların təhlükəsiz bölgələrə təxliyə edildiyini də bildirən Boyçenko Mariupoldan 95 min mülki vətəndaşın yuxarıda qeyd olunan dəhliz vasitəsilə Zaporojyaya aparıldığını bildirib.

Digər tərəfdən, Kiyev Polis İdarәsinin rәisi  Andrey Nebitov Buçadakı kütləvi məzarlıqda tapılan 40 cəsədin mülki şəxslərə aid olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr