Vadim Boyçenko: ‘‘Mariupolda indiyәdәk beş min mülki vәtәndaş ölüb’’

Ukraynanın Mariupol şәhәrinin meri Vadim Boyçenko bildirib ki, mühasirəyə alınan şəhərdə bir ay ərzində 210-u uşaq olmaqla 5 minə yaxın adam ölüb.

1808516

Mariupol Bələdiyyəsindən verilən məlumata görə, mer Vadim Boyçenko Rusiyanın Ukraynaya qarşı cinayətlərinin siyasi və hüquqi nəticələrinin videokonfrans vasitəsilə müzakirə edildiyi dəyirmi masada iştirak edib.

Vadim Boyçenko buradakı çıxışında bildirib ki, ölkəsinin inkişaf simvolu olan Mariupol indi rus əsgərləri tərəfindən tamamilə dağıdılmaq üzrədir.

Şəhər infrastrukturunun 90 faizindən çoxunun dağıdıldığını ifadә edәn Boyçenko deyib: "Bunların azı 40 faizini bərpa etmək mümkün deyil’’.

“Mühasirəyə alınan şəhərdə bir ay ərzində 210-u uşaq olmaqla 5 minə yaxın adam ölüb. Rusiya terrorçu qoşunları uşaq xəstəxanasına bir neçə güclü bomba atıb. 1 saylı şəhər xəstəxanasının binalarından birini dağıdıb. 50-yə yaxın insan diri-diri yandırılıb. Şəhərdə 900-dən çox insanın gizləndiyi teatr binası bombalanıb. Bunlar Mariupolun mülki əhalisinin məhv edilməsinin bir neçə nümunəsidir”,-deyә Vadim Boyçenko qeyd edib.

Әlaqәli Xәbәrlәr