Tripolidә qarşıdurma nәticәsindә 3 nәfәr ölüb

Liviyanın paytaxtı Tripolidә hökumәtә sadiq qüvvәlәr ilә Navasi qruplaşması arasında qarşıdurma olub.

1807161
Tripolidә qarşıdurma nәticәsindә 3 nәfәr ölüb

Liviyanın paytaxtı Tripolidә hökumәtә sadiq qüvvәlәr ilә Navasi qruplaşması arasında qarşıdurma olub.

Bu barәdә mәrkәzi Liviyada yerlәşәn ‘‘Marsad’’ qәzetinin rәsmi ‘‘Twitter’’  sәhifәsindә edilәn paylaşımda bildirilib. Qarşıdurma nәticәsindә üç nәfәrin öldüyü qeyd olunub. Sәlahiyyәtlilәr qarşıdurmanın nә sәbәbdәn baş verdiyinә dair açıqlama vermәyib.

Tobruk Nümayəndələr Palatası Liviyada dekabrın 24-də keçirilməsi planlaşdırılan seçkilərin keçirilə bilmədiyi üçün fevralın 10-da əksər deputatların iştirak etmədiyi iclasda Fəthi Başağanı baş nazir seçib.

Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybe  isә Nümayəndələr Palatasını Cenevrə razılaşmasında müəyyən edilmiş yol xəritəsindən kənara çıxmaqda günahlandıraraq vәzifәsini icra etmәyә davam etdiyini və bu vəzifəni yalnız seçilmiş hökumətə təhvil verəcəyini bildirib.

Hökumәti paytaxt Tripolidә formalaşdırmaq mәsәlәsindә qərarlı olduqlarını bildirən Fəthi Başağa hələ də Baş nazir vәzifәsini tәhvil ala bilmәyib.



Әlaqәli Xәbәrlәr