Antonio Quterreş “humanitar atəşkəsə” çağırıb

BMT-nin Baş katibi Antonio Quterreş Rusiyanın bir ay əvvəl Ukraynaya qarşı apardığı müharibədən sonra “humanitar atəşkəsə” çağırıb.

1803271
Antonio Quterreş “humanitar atəşkəsə” çağırıb

BMT-nin Baş katibi Antonio Quterreş Rusiyanın bir ay əvvəl Ukraynaya qarşı apardığı müharibədən sonra “humanitar atəşkəsə” çağırıb.

Quterreş BMT-nin Baş Qərargahında jurnalistlərə bildirib ki, müharibə minlərlə insanın həyatına son qoyub, 10 milyon insanı didərgin salıb, infrastrukturları sistematik şəkildə məhv edib və bütün dünyada ərzaq və enerji qiymətlərinin sürtətlə qalxmasına səbəb olub.

Quterreş bu humanitar faciənin humanitar yardımla həll edilə bilməyəcəyinə diqqət çəkib:

“Mən təcili humanitar atəşkəsə çağırıram ki, ciddi siyasi danışıqlarda irəliləyiş əldə olunsun”. 

BMT-nin Rusiya və Ukrayna ilə humanitar atəşkəsə nail olmaq üçün yollar axtardığını bildirən Quterreş münaqişələrin dayandırılmasının əsas humanitar yardımların çatdırılmasına imkan yaradacağını və humanitar atəşkəsin çox sayda insanın həyatını xilas edəcəyini bildirib.

Baş katib əlavə edib ki, o, nüvə, bioloji və kimyəvi müharibənin mümkünlüyünü təsəvvür belə etmək istəmir.



Әlaqәli Xәbәrlәr