Ukrayna Azov dәnizinә çıxışı itirib

Bu barәdә Ukrayna Silahlı Qüvvәlәri mәlumat yayıb.

1798274
Ukrayna Azov dәnizinә çıxışı itirib

Ukraynanın Azov dәnizinә çıxışı itirdiyi bildirilib.

Bu barәdә Ukrayna Silahlı Qüvvәlәri mәlumat yayıb. Mәlumatda bu ifadәlәrә yer verilib: ‘‘Rusiya Ukraynanın paytaxtı Kiyevi mühasirәyә ala bilmәdi vә ölkәnin sol yaxasını nәzarәt altına ala bilmәyib. İşğalçılar  qismən Donetsk əməliyyat zonasında uğur əldə edib. Onlar müvəqqəti olaraq Ukraynanı Azov dənizinə çıxışdan məhrum ediblər’’.

Digәr tәrәfdәn Ukrayna Prezidenti Ofisi rәhbәrinin müavini Kiril Timoşenko dünәn mülki vәtәndaşların tәxliyә edilmәsi üçün 9 humanitar dәhlizin açıldığını vә son 24 saatda bu dәhlizlәr vasitәsilә 9 min 144 nәfәrin tәxliyә edildiyini deyib.

O, Mariupoldan 4 min 972 vә Sumi şәhәrindәn 4 min 172 nәfәrin tәxliyә edildiyini bildirib.

Qeyd edәk ki, Rusiya fevralın 24-dә Ukrayna әrazisindә hәrbi әmәliyyata başlayıb.

 

 



Әlaqәli Xәbәrlәr