Edqars Rinkeviç vә Entoni Blinken birgә mәtbuat konfransında çıxış ediblәr

Latviyanın xarici işlər naziri Edqars Rinkeviç Rusiyanın Ukraynaya hücumundan sonra ABŞ-ın Latviyadakı hərbi mövcudluğunun daimi olmasının vacibliyini vurğulayıb.

1791340

ABŞ dövlət katibi Antoni Blinkenlə Baltikyanı ölkələrə  etdiyi səfər çərçivəsində görüşən Rinkeviç təşkil edilən birgə mətbuat konfransında Rusiyanın bundan sonra siyasətini dəyişəcəyinə inanmadığını bildirib.

Rinkeviç  Rusiyanın Ukraynaya hücumundan sonra Baltikyanı ölkələrin sahil müdafiə sistemini daha da gücləndirmәsinin әhәmiyyәtini qeyd edib. Latviyanın xarici işlәr naziri deyib: ‘‘Rusiyanın Ukraynaya qarşı hücumları bir daha sübut etdi ki, bu, Avropanın və ittifaqımızın təhlükəsizliyinə uzunmüddətli təhlükə yaradır”.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.

Әlaqәli Xәbәrlәr