Kuleba Çindən vasitəçilik istəyib

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Çini Rusiya ilə müharibədə atəşkəs üçün vasitəçi olmağa çağırıb.

1788196
Kuleba Çindən vasitəçilik istəyib

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Çini Rusiya ilə müharibədə atəşkəs üçün vasitəçi olmağa çağırıb.
Çin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, nazir Vanq Yi qarşı tərəfin tələbi ilə ukraynalı həmkarı Kuleba ilə telefonla danışıb.

Görüş zamanı Kuleba Vanqa Ukrayna və Rusiya arasında aparılan danışıqların birinci raundu barədə məlumat verib və münaqişəyə son qoyulmasının ölkəsinin əsas prioriteti olduğunu vurğulayıb.

Ukraynanın danışıqlar yolu ilə həllə nail olunmasının tərəfdarı olduğuna və Rusiya ilə danışıqlara səmimi yanaşmağa tərəfdar olduğuna və mövcud vəziyyətin çətinliyinə baxmayaraq, sakitliyini qoruyaraq danışıqları irəli aparmaq istədiyinə diqqət çəkən Kuleba Kiyevin Rusiya ilə əlaqəni gücləndirməyə hazır olduğunu və atəşkəs üçün Çinin vasitəçiliyini gözlədiyini ifadə edib.

Nazir Vanq isə Ukraynada münaqişənin başlaması ilə birlikdə sürətlə dəyişən vəziyyəti izlədiklərini və mülki vətəndaşlara dəyən zərərdən narahat olduqlarını ifadə edərək, Çinin tərəfləri problemi danışıqlar yolu ilə həll etməyə çağırdığını vurğulayıb və siyasi həllə töhfə verəcək bütün konstruktiv beynəlxalq səyləri dəstəklədiyini bildirib. 

Çinin hər zaman bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini qeyd edən Vanq bir ölkənin təhlükəsizliyinin digərini təhdid etməməli olduğuna, regional təhlükəsizliyin hərbi blokların genişləndirilməsi ilə təmin edilməməsinə diqqət çəkib.

Qarşıdurmalar davam edərkən gərginliyin azaldılması və münaqişənin nəzarətdən çıxmasının qarşısının alınmasının prioritet olduğuna işarə edən Vanq mülki insanlara zərər verməmək və humanitar böhrana səbəb olmamaq lazım olduğunu vurğulayıb.

Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya hücum başladıb.



Әlaqәli Xәbәrlәr