Braziliyada daşqın qurbanlarının sayı 217 nәfәrә çatıb

Braziliyanın Rio-de-Janeyro əyalətində leysan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşməsi nәticәsindә həyatını itirənlərin sayı 217 nәfәrә çatıb.

1785925

Yerli mәtbuat orqanları Petropolis şəhərində daşqın və torpaq sürüşmələri nəticəsində 217 nəfərin həyatını itirdiyini bildirib. Tәbii fәlakәt nәticәsindә 33 nәfәrin itkin düşdüyü, 900 nәfәrin dә sığınacaqlara yerlәşdirildiyi qeyd olunub.

Rio-de-Janeyro qubernatoru Klaudio Kastro mətbuata verdiyi açıqlamada bölgənin 1932-ci ildən bəri әn güclü yağışa məruz qaldığını bildirmişdi.

Qeyd edək ki,fevralın 15-də Rio-de-Janeyronun dağlıq bölgəsi olan Petropolisdə yağan güclü yağışdan sonra şəhərin hündür yerlərində torpaq sürüşmələr baş verib, küçələr, parklar, bazarları su basıb, avtomobil və avtobuslar su altında qalmışdı.

Әlaqәli Xәbәrlәr