EASA Ukrayna hava mәkanında vә yaxınlığında edilәcәk uçuşlarla bağlı xәbәrdarlıq edib

Avropa İttifaqının  aviasiya agentliyi Ukrayna hava məkanında və onun yaxınlığında uçuşların hәyata keçirilmәmәsi ilә әlaqәdar xәbәrdarlıq edib.

1784357

Mәrkәzi Kölndә yerlәşәn Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra xəbərdarlıq mesajı yayıb.

Mesajda bu gündən etibarən Ukrayna hava məkanında və Ukraynanın Rusiya və Belarus sərhədlərindən 100 mil (185 kilometr) məsafədə uçuşların hәyata keçirilmәmәsi ilә әlaqәdar xәbәrdarlıq edilib.

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin vəziyyəti qiymətləndirməyə davam etdiyi vә xәbәrdarlığın bu axşamdan etibarәn mayın 24-dək qüvvədə olduğu bildirilib.

Mesajda bölgədə aktiv qarşıdurma olduğu, hava məkanı və kritik infrastrukturun, o cümlədən hava limanlarının mülki uçuşlar üçün uyğun olmadığı vә  bölgədə hərbi fəaliyyətlərin olduğu vurğulanıb.

Mülki təyyarələrin həm qəsdən hədəfə alına bilәcәyi, həm də səhvәn hücuma mәruz qala bilәyәci qeyd olunub. Mesajda hәmçinin bölgәdә çox sayda hәrbi texnikanın olduğu vә mümkün istifadəsinin mülki uçuşlar üçün yüksək risk yaratdığı bildirilib.

Әlaqәli Xәbәrlәr