Dmitri Peskov İsveçrәdә Ukrayna ilә bağlı keçirilәcәk sülh konfransını qiymәtlәndirib

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukrayna ilə bağlı İsveçrənin ev sahibliyindә keçirilәcәk sülh konfransının gələcəyinin olmadığını bildirib.

2145519

Dmitri Peskov Özbəkistanın paytaxtı Daşkənddə Ukrayna məsələsi ilə bağlı rus jurnalistlərə açıqlamalar verib.

Rusiya Prezidentinin sözçüsü Ukrayna ilə bağlı sülh konfransının 15 və 16 iyunda İsveçrənin ev sahibliyindә keçiriləcəyinə diqqət çəkib.

"Bu konfransın Ukrayna probleminin həlli baxımından gələcəyi yoxdur. Konfransda Ukrayna ilə bağlı məsələlərin Rusiyasız müzakirəsi ideyası gülüncdür",-deyә Dmitri Peskov vurğulayıb.

Rusiyanın iştirakı ilə Ukrayna məsələsinin həlli ilə bağlı konfransın Səudiyyə Ərəbistanında keçiriləcəyi iddiasına münasibәt bildirәn Dmitri Peskov bunun planlaşdırılmadığını deyib.

NATO-nun baş katibi Yens Stoltenberqin “Ukrayna bu ölkәyә tәdarük edilәn silahlarla Rusiya ərazisini vurmaq hüququna malik olmalıdır” şәklindәki ifadələrini də qiymәtlәndirәn Dmitri Peskov bu bәyanatın  məsuliyyətsiz və təxribat xarakterli olduğunu bildirib.

"Qərblilərin hərbi ritorikası üstünlük təşkil etməyə başlayıb. Biz ehtiyat tədbirləri görməliyik, xüsusi hərbi əməliyyatı davam etdirməliyik",-deyә Dmitri Peskov vurğulayıb.

Әlaqәli Xәbәrlәr