Peter Stano: ''Aİ Ukrayna Sülh Sammitini dəstəkləyir''

Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Peter Stano bildirib ki, Aİ İsveçrədə keçiriləcək Ukrayna Sülh Sammitini tam dəstəkləyir və geniş iştirakın təmin edilməsi üçün beynəlxalq tərəfdaşlarla işləyir.

2145546

Aİ-nin icra orqanı olan Komissiyanın xarici siyasət məsəlәri üzrә sözçüsü Peter Stano keçirdiyi gündəlik mətbuat konfransında jurnalistlәrin gələn ay İsveçrədə keçiriləcək Ukrayna Sülh Sammiti ilə bağlı suallarını cavablandırıb.

“Aİ İsveçrənin gələn ayın ortalarında keçirəcəyi sülh sammitini tam dəstəkləyir” deyәn Peter Stano:  "Bu sammitin məqsədi bizim üçün çox vacibdir, çünki biz onu gələcək sülh prosesi üçün ilham mənbəyi kimi görürük. Aİ olaraq mümkün olan ən geniş iştirakın  təmin edilmәsi  üçün dünyadaki bütün tərəfdaşlarımızla intensiv işləyirik. Hazırda 70-dən çox ölkə iştirak etməyə söz verib'’.

Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə alternativ sammitlərin təşkili səylərinə toxunan Peter Stano deyib:“Putinin sammitin effektivliyinə xələl gətirmək cəhdləri və ya paralel fəaliyyəti onun sammitdən nə qədər qorxduğunu göstərir”.

Әlaqәli Xәbәrlәr