Şimali Koreyanın raket daşıyıcısı orbitə çatmadı

İlkin araşdırmalarda məlum olub ki ...

2145573
Şimali Koreyanın raket daşıyıcısı orbitə çatmadı

 

  Şimali Koreya raket daşıyıcısının havada partlaması səbəbindən kəşfiyyat peykini orbitə çıxarmaq cəhdinin uğursuzluğa düçar olduğunu açıqlayıb.

  Fəzaya Şimali Koreya Milli Aeronavtika və Kosmik Texnologiyalar İdarəsinin (NATA) “Malligyong-1-1” kəşfiyyat peyki buraxılıb.

  Şimali Phyonqan əyalətindəki Sohae Peykatma Meydanında Sahəsində həyata keçirilən sınaqda yeni hazırlanmış peyk daşıyıcı raketdən istifadə edildiyi və raketin buraxılışdan qısa müddət sonra havada partladığı bildirilib.

  İlkin araşdırmalarda məlum olub ki, qəza maye oksigen və benzin mühərrikində yaranan nasazlıq nəticəsində baş verib. Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.

  Xatırladaq ki, Yaponiya Sahil Mühafizə Qüvvələrini xəbərdar edən Şimali Koreya 27 may-3 iyun tarixləri arasında peyk buraxacağını açıqlamışdı.

  Cənubi Koreya Baş Qərargahından verilən məlumata görə, Şimali Koreya 27 may gecəsi yerli vaxtı ilə saat 22.44-də Sarı dənizə doğru peyk daşıyıcı raket uçurub.



Әlaqәli Xәbәrlәr