Almaniya XİN rәhbәri İordaniyada rәsmi görüşlәr keçirib

Almaniya xarici işlәr naziri Annalena Baerbock bildirib ki, Ukrayna ilә Rusiya arasındakı gәrginliyin azalacağına dair hәr hansı işarә yoxdur.

1777343
Almaniya XİN rәhbәri İordaniyada rәsmi görüşlәr keçirib

 

Almaniya xarici işlәr naziri Annalena Baerbock bildirib ki, Ukrayna ilә Rusiya arasındakı gәrginliyin azalacağına dair hәr hansı işarә yoxdur.

İordaniyada  rәsmi görüşlәr keçirәn Almaniya xarici işlәr naziri paytaxt Әmmanda hәmkarı Eymen әs-Safedi ilә birgә mәtbuat konfransı tәşkil edib.

Ukrayna ilә Rusiya arasındakı vәziyyәtin son dәrәcә gәrgin olduğunu xatırladan Annalena Baerbock deyib: ‘‘Ukrayna ilә Rusiya arasındakı gәrginliyin azalacağına dair hәr hansı işarә yoxdur. Rәsmi Moskva Ukrayna sәrhәdindәki hәrbçilәrinin sayını 20 min dә artırdı’’.

Fәlәstin mәsәlәsinә dә toxunan Annalena Baerbock Almaniyanın iki dövlәtli hәll yolunu dәstәklәdiyini deyib. Annalena Baerbock çıxışı zamanı hәmçinin İordaniyaya dәstәk vermәyә davam edәcәklәrini bildirib.

İordanin xarici işlәr naziri Safedi isә Avropada baş verə biləcək hər hansı böhranın Yaxın Şərqə də təsir göstәrәcәyinә diqqət çəkib.



Әlaqәli Xәbәrlәr