Belarus Suriyaya әsgәr göndәrәcәk

Belarus Suriyaya 200-ə qədər əsgər göndərməyi planlaşdırır.

1775129
Belarus Suriyaya әsgәr göndәrәcәk

Belarus Suriyaya 200-ə qədər əsgər göndərməyi planlaşdırır.

Rusiyanın baş naziri Mixail Mişustinin təsdiq etdiyi Rusiya ilə Belarus arasındakı  sazişә әsasәn,  Belarus qoşunları müharibə bölgәsindәn kənarda yaşayan əhaliyə “humanitar yardım” çatdırmağa  çalışacaq.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu fevralın 3-də bildirib ki, bu il Belarusla 20-dən çox birgə hərbi təlim keçirəcəklər.

Belarus prezidenti Aleksandr Lukaşenko ilə Minskdә görüşən Sergey Şoyqu bildirib ki, Rusiya və Belarus fevralın 10-u ilә 20-si arasında  “Müttəfiqlərin qətiyyəti-2022” birgə hərbi təlimi keçirəcəklər.

Lukaşenko  həmçinin sözügedən təlimlərlə Ukrayna ilə sərhədi gücləndirməyi hədəflədiklərini ifadә edәrәk "Vəziyyət gərginləşir. Biz cavab verməyə məcburuq" demişdi.



Әlaqәli Xәbәrlәr