Batsirai qasırğasında ölənlərin sayı artıb

Hind okeanındakı adaların üzərində yerləşən Madaqaskarda təsirli olan Batsirai qasırğası nəticəsində həyatını itirənlərin sayı 10-a yüksəlib.

1774471
Batsirai qasırğasında ölənlərin sayı artıb

Hökumətdən verilən yazılı açıqlamada həftə sonu Antananarivudan 530 kilometr fasilədə cənub-şərqdə yerləşən Mananjari qəsəbəsinə çatan qasırğanın təsirini davam etdirdiyi bildirilib. Qeyd edilib ki, təbii fəlakət nəticəsində 10 nəfər həyatını itirib.

Xatırladaq ki, Yanvarın 27-də Madaqaskarda güclü yağışlar və onun yaratdığı daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib. Ölkənin 12 rayonunda 132 mindən çox insan hava şəraiti ilə əlaqədar evlərini tərk etmək məcburiyyətində qalıb.



Әlaqәli Xәbәrlәr