Ekvadorda üç günlük matəm elan edilib

Ekvadorun paytaxtı Kitoda yağan leysan yağışların səbəb olduğu güçlü daşqınlar nəticəsində həyatını itirənlərin sayı 24-ə yüksəlib.

1772205
Ekvadorda üç günlük matəm elan edilib

Səlahiyyətlilər bölgədə aparılan axtarış-xilasetmə işlərindən sonra daşqın nəticəsində həyatını itirənlərin sayının 24-ə, yaralananların sayının isə 48-ə yüksəldiyini bildirib. Axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edən rəsmilərə  görə  təbii fəlakət nəticəsində  çox sayda  adam itkin düşüb. Quito şəhərinin meri Santiaqo Quarderas yağıntının hər kvadrat metrə 75 litrə çatdığını, bunun 2003-cü ildən bu yana  ən yüksək miqdar olduğunu bildirib. Daşqından sonra bəzi rayonların  elektriksiz qaldığını ifadə edən  bələdiyyə sədri  çoxlu sayda ev və avtomobillərə, eləcə də elektrik dirəklərinə ziyan dəydiyini qeyd edib.



Әlaqәli Xәbәrlәr