Avropada enerji böhranı: LNG tədarükü aylıq olaraq rekord həddə çatıb

Enerji böhranı yaşayan Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü aylıq olaraq rekord həddə çatıb.

1770572
Avropada enerji böhranı: LNG tədarükü aylıq olaraq rekord həddə çatıb

Enerji böhranı yaşayan Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü aylıq olaraq rekord həddə çataraq 28 yanvar tarixinə 405 milyon kubmetrə çatıb.
Qitəyə LNG tədarükü 2011-ci ildən bəri ən yüksək səviyyəni görüb.

"TASS" agentliyinin "Gas Infrastructure Europe" ticarət qrupuna əsaslandırdığı məlumatlara görə, yanvarın 28-nə 405 milyon kubmetr qazın çatdığı qitədə son 5 ilin orta göstəricisi ilə müqayisədə 110 faiz artım var.

Avropanın qaz anbarlarındakı LNG miqdarı son 5 ilin orta göstəricisi ilə müqayisədə 5 faiz artıb.
"Wall Street Journal" keçən həftənin əvvəlində ABŞ-dan Avropaya 20-dən çox LNG tankerinin getdiyini, 33-ün isə Aİ-yə getmək ehtimalının yüksək olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr