Hindistanda Covid-19 əleyhinə tədbirlər artırılıb

Hindistanda yeni növ koronavirusa (Covid-19) yoluxma hallarının sayı sürətlə artır. Bu səbəbdən görülən yeni tədbirlər çərçivəsində 15-18 yaş qrupunda olan gənclərə peyvəd vurulmağa başlanıb.

1756121
Hindistanda Covid-19 əleyhinə tədbirlər artırılıb

TRT xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Bildirilirb ki, Hindistanda yoluxucu “Omicron” variantı ilə mübarizə üçün ölkə daxilində daha sərt tədbirlər həyata keçirilib. Peyvənd kampaniyası sürətləndirilib. 15-18 yaş qrupunda olan gənclərə, xüsusən yoluxma sayının artdığı əyalətlərdə xəstəxana, məktəblər və özəl peyvənd mərkəzlərində peyvənd vurulmağa başlanıb. Səlahiyyətlilərə görə hadisələrin sayının artmasına baxmayaraq, xəstəxanaya yerləşdirilən xəstələrin sayında artım qeydə alınmayıb.

Qeyd edək ki, Hindistanda epidemiya yayılmağa başladığı tarixdən bəri təxminən 482 min insan virusa görə həyatını itirib. 35 milyon Covid-19 hadisəsi qeydə alınıb.



Әlaqәli Xәbәrlәr