İsrail əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanın müddətini uzadıb

İsrail, yeni növ koronavirusun (Covid-19) Omicron ştamına qarşı tədbirlər çərçivəsində əcnəbilərin ölkəyə girişini qadağan edən qərarın müddətini dekabrın 29-dək uzadıb.

1748488
İsrail əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanın müddətini uzadıb

TRT xəbər verir ki, İsrail hökuməti mövzu ilə bağlı yazılı açıqlama yayıb: “Omicron variantına görə xaricilərə sərhədlərin bağlanması tətbiqini dekabrın 29-na qədər uzadılıb. İngiltərə və Danimarka da səyahət cədvəlində “qırmızı siyahı"ya daxil edilib.

Xatırladaq ki, İsrail Noyabrın 28-də dünya gündəminə daxil olan Omicron variantına görə əcnəbilərin ölkəyə girişini qadağa etmiş və bu çərçivədə xaricdən qayıdanlar üçün yeni karantin tədbirləri həyata keçirmişdi.



Әlaqәli Xәbәrlәr