Boko Harama ağır zәrbәlәr endirilib

Nigeriyada terror tәşkilatı Boko Harama qarşı keçirilәn әmәliyyat nәticәsindә 73 terrorçu zәrәrsizlәşdirilib.

1668464
Boko Harama ağır zәrbәlәr endirilib

 

Nigeriyada terror tәşkilatı Boko Harama qarşı keçirilәn әmәliyyat nәticәsindә 73 terrorçu zәrәrsizlәşdirilib.

Bu barәdә Nigeriya ordusu mәlumat yayıb. Mәlumatda 18-30 iyun tarixlәri arasında Borno әyalәtinin müxtәlif bölgәlәrindә Boko Harama qarşı әmәliyyatların keçirildiyi bildirilib.

Әmәliyyatlar nәticәsindә 73 terrorçunun zәrәrsizlәşdirildiyi, tәşkilata mәxsus çox sayda silah vә sursatın әlә keçirildiyi vurğulanıb.

Әmәliyyat zamanı hәmçinin terrorçuların girov götürdüyü 27-si uşaq olmaqla 55 nәfәrin xilas edildiyi bildirilib.



Әlaqәli Xәbәrlәr