Livanda nümayiş keçirilib

Livan ordusu qiymətlərin qalxmasına və yerli valyutanın ucuzlaşmasına qarşı nümayiş keçirən insanların yolları bağladığı və havaya atəş etdiyi Tripoli şəhərində patrul əməliyyatları həyata keçirir.

1667769

Ölkənin rəsmi xəbər agentliyi "NNA"-da yer alan xəbərə görə, ölkənin şimalındakı Tripolidə Livanın pul vahidi liranın qara bazarda dollar qarşısında qiymətinin ucuzlamasından asılı olaraq istehlak məhsullarında həddindən artım olmasına və elektirik enerjisinin sıx kəsilməsinə "silahlı gənclər" tərəfindən etiraz edilib.

Şəhərin müxtəlif bölgələrindəki yolları bağlayan və dükan sahiblərindən dükanlarını bağlamalarını istəyən gənclər bir müddət havaya atəş açıblar.

Nümayişçilərin havaya atəş açmalarından sonra ordu bölmələrinin şəhərdə zirehli texnika ilə keşik çəkdikləri müşahidə olunub.

Etiketlәr: #Livan ordusu

Әlaqәli Xәbәrlәr