Əfqanıstanın şimalında iki qəsəbə Talibanın nəzarətinə keçib

Əfqanıstanın şimalındakı Samangan və Bəlx vilayətlərində 2 qəsəbə Talibanın nəzarətinə keçib.

1667761
Əfqanıstanın şimalında iki qəsəbə Talibanın nəzarətinə keçib

Əfqanıstanın şimalındakı Samangan və Bəlx vilayətlərində 2 qəsəbə Talibanın nəzarətinə keçib.

Samangan Polis İdarəsi sözçüsü Əbdül Münir Rəhimi silahlıların Samanqanın Firuz Nahçir bölgəsinə silahlı hücum təşkil etdiklərini söyləyib.

Hücum nəticəsində təhlükəsizlik qüvvələrinin rayon mərkəzindən geri çəkildiyini dilə gətirən Rəhimi bölgəni geri almaq üçün yaxın zamanda bir əməliyyat başlayacağını bildirib. 

Digər tərəfdən, Bəlx təhlükəsizlik səlahiyyətliləri silahlıların Bəlxin Özbəkistanla sərhəddə yerləşən Kelder bölgəsini nəzarətə götürdüklərini açıqlayıblar.

Açıqlamada bölgədəki təhlükəsizlik qüvvələrinin Əfqanıstan və Özbəkistan arasındakı sərhəd-keçid məntəqəsi olan Hayratan bölgəsinə geri çəkildiyi qeyd edilib.

Talibanın açıqlamasında isə, son 24 saatda 3 bölgənin nəzarət altına alındığı iddia edilib.

Taliban 27 iyun tarixində də yenə Özbəkistan sərhədindəki Bəlx vilayətinin Şor Tepe bölgəsini ələ keçirmişdi.

Digər tərəfdən, ölkənin şimalındakı Baglan vilayətinin Polis Şefi Sayed Ashraf Sadat vilayətin Host bölgəsinin Talibandan geri alındığını qeyd edib.

Sadat toqquşmalarda Talibanın ağır itkisinin olduğunu da vurğulayıb.


Etiketlәr: #Taliban , #Əfqanıstan

Әlaqәli Xәbәrlәr