Yəməndən müharibə üzündən köç edənlərin sayı

Beynəlxalq Köç Təşkilatı (İOM) tərəfindən verilən məlumata görə

1658640
Yəməndən müharibə üzündən köç edənlərin sayı

 

  Yəməndən müharibə üzündən 2021-ci ilin əvvəlindən bu yana təxminən 37 min adam köç etmək məcburiyyətində qalıb.

  Beynəlxalq Köç Təşkilatı (İOM) tərəfindən verilən məlumata görə, 2021-ci ilin 1 yanvarla 12 iyun tarixləri ​​arasında 6121 ailə köç etməyə vadar olub. Bu ailələrin üzvlərinin ümumi sayı 36 min 726 nəfərdir. Təkcə 6-12 iyun tarixlərində 1014 adamdan ibarət 169 ailə evlərini tərk etmək məcburiyyətində qalıb.

  Ən çox köç Taiz, Dali və Hudeyde şəhərlərindən olub.

  Beynəlxalq Köç Təşkilatıın hesabatında Yəməndə müharibə başlayandan bu vaxta qədər neçə adamın immiqrant vəziyyətinə düşdüyü barədə məlumat verilməyib.



Әlaqәli Xәbәrlәr