Hindistan Nigeriyaya yüz min doza peyvənd bağışlayıb

Hindistan yeni növ koronavirus (Covid-19) ilə mübarizə çərçivəsində Nigeriyaya 100 min doza peyvənd bağışlayıb.

1614823
Hindistan Nigeriyaya yüz min doza peyvənd bağışlayıb

Hindistan yeni növ koronavirus (Covid-19) ilə mübarizə çərçivəsində Nigeriyaya 100 min doza peyvənd bağışlayıb.

Hindistanın Abujadakı səfiri Abhay Thakur Hindistan hökumətinin göndərdiyi yüz min doza peyvəndin paytaxt Abujadakı Nigeriya Milli İlk Yardım İnkişaf Agentliyinə (NPHCDA) təslim edildiyini bildirib.

Thakur Nigeriyaya verilən bu peyvəndlərin iki ölkə arasındakı yaxın dostluğun göstəricisi olduğunu vurğulayıb.

Nigeriya Cənubi afrikalı telekommunikasiya şirkəti MTN və "Covid-19" Peyvəndləri Qlobal Giriş Proqramından (COVAX) ümumilikdə 4 milyon 224 min doza "AstraZeneca" peyvəndi almışdı.

Ölkədə martın 5-də başlayan "Covid-19" peyvənd kampaniyası çərçivəsində 700-dən çox insan peyvən olunub.



Әlaqәli Xәbәrlәr