Yaponiya Şimali Koreyaya Çindən nota göndərdi

"Şimali Koreya Yaponiya dənizinə iki ballistik raket atdı", bunu Yaponiyanın baş naziri Suqa Yoşihide deyib.

1608079
Yaponiya Şimali Koreyaya Çindən nota göndərdi

 

  Yaponiyanın baş naziri Suqa Yoşihide Milli Təhlükəsizlik Şurasında təşkil etdiyi fözqəladə iclasdan sonra verdiyi açıqlamada Şimali Koreyanın yerli vaxtla saat 07:04 və 07:23-də atdığı iki ballistik raketin Yaponiya ərazi suları və müstəsna iqtisadi zonanın xaricinə düşdüyünü bildirib və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Şimali Koreyanın ballistik raket atmasını qadağan edən qərarının pozulmasını şiddətlə qınayıb: "Bu raket atəşləri Yaponiya və ətraf ərazilərinin dincliyini və təhlükəsizliyini təhdid edir. Qarşılıq olaraq müəyyən addımlar atacağımızı müzakirə edirik. Dəniz və hava təhlükəsizliyinin təmin edilməsi vacibdir. Ölkə əhalisinin sülh və dinclik şəraitində yaşamağa davam etməsi üçün ABŞ, Cənubi Koreya və digər ölkələrlə sıx əməkdaşlığa davam edirik."

  Qeyd edək ki, Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden apreldə Vaşinqtonda keçirəcək görüşdə Şimali Koreyaya qarşı siyasətlərin yenidən müzakirə ediləcəyini bildirib. 

  Kyodo xəbər agentliyinin hökumət mənbələrinə istinadən verdiyi məlumata görə, Şimali Koreyanın atdığı raketlərdən biri 420 kilometr, digəri isə 430 kilometr yol qət edib.

  Yaponiya hökuməti Çin səfirliyi vasitəsilə Şimali Koreyaya nota göndərib. 



Әlaqәli Xәbәrlәr