İndoneziyadakı Merapi vulkanı yenidən püskürüb

İndoneziyanın Yava adasında yerləşən və ölkə ərazilərindəki ən aktiv vulkan olan Merapi yenidən püskürməyə başlayıb.

1559118
İndoneziyadakı Merapi vulkanı yenidən püskürüb

Cokyakarta Geoloji Təbii Fəlakət Texnologiyaları və Araşdırma Mərkəzindən yayılan məlumata görə vulkan yerli vaxtla saat 08.02 və 12.50 olmaqla iki dəfə püskürüb. Püskürmə ərazisində kül və tüstü qatı yerdən 200 metrədək yüksəkliyə qalxıb. Xəbərdarlıq səviyyəsi “narıncı” olan vulkana 5 kilometr məsafədə fəaliyyət aparmaq qadağan edilib. Bölgə rəsmilərinin məlumatına görə partlayışlardan sonra Magelang ərazisindəki riskli bölgələrdən 500 nəfər təhlükəsiz yerlərə köçürülüb.



Әlaqәli Xәbәrlәr