Koronavirusa yoluxanların sayı 8 milyonu keçib

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 446 min 667-ni, virusa yoluxanların sayı 8 milyon 287 mini vә epidemiyadan sağalanların sayı da 4 milyon 341 mini keçib.

1437359
Koronavirusa yoluxanların sayı 8 milyonu keçib

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 446 min 667-ni, virusa yoluxanların sayı 8 milyon 287 mini vә epidemiyadan sağalanların sayı da 4 milyon 341 mini keçib.

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında virus nәticәsindә hәyatını itirәnlәrin sayı 119 min 132-ni keçib.

Epidemiyanın Avropadakı mәrkәzi olan İngiltәrәdә isә epidemiya qurbanlarının sayı 40 mini, infeksiyaya yoluxanların sayı da 270 mini ötüb.

İtaliyada yeni növ koronavirus epidemiyası sәbәbindәn hәyatını itirәnlәrin sayı 34  minә yüksәlib, virusa yoluxanların sayı da 24 minә enib.

Fransada koronavirus qurbanlarının sayı 29 mini keçib. Ölkәdә virusa daha 344  adamın yoluxması ilә tutulanların sayı 195  min 121-ә  çatıb.

İspaniyada koronavirusdan vәfat edәnlәrin sayı 27 min 134-ә, infeksiyaya yoluxanların sayı da 243  min 209-a yüksәlib. Ölkәdә iyunun 7-dәn etibarәn  epidemiyadan hәyat itkisi qeydә alınmayıb.

Yeni Zelandiyada 25 gündən sonra "Covid-19" infeksiyasına yoluxma hallarının aşkarlanması səbəbindən karantin tədbirlərinə nəzarət üçün müdafiə nazirinin müavini, hava generalı Digby Vebə vəzifə tapşırılıb.

Dünyada "Covid-19" epidemiyasından ən çox əziyyət çəkən ikinci ölkə olan Braziliyada son 24 saat ərzində 1228 nəfərin ölümün ilə 4 gün sonra ölənlərin sayı mindən yuxarı olub. Can itkisi 45 min 456, yoluxma hallarının sayı 34 min 918 artaraq 923 min 189-a yüksəlib.
Meksikada son 24 saat ərzində "Covid-19" səbəbiylə ölənlərin sayı 18 min 310, yoluxmaların sayı isə 4 min 599 artaraq 154 min 863 olub.

Digər bəzi  ölkələrdə koronavirusdan bu günə qədər qeydə alınan insan itkisi sayı belədir:
 Kanada 8 min 213, Peru 7 min 56, Hollandiya 6 min 70, İsveç 4 min 939, Ekvador 3 min 970.



Әlaqәli Xәbәrlәr