Boris Conson vəzifəsinin icrasına başladı

Conson bu gün videokonfrans vasitəsilə keçiriləcək Nazirlər Kabinetinin iclasına rəhbərlik edəcəkdir.

1405787
Boris Conson vəzifəsinin icrasına başladı

İngiltərənin baş naziri Boris Conson koronavirusdan müalicə edildikdən sonra Dauninq-stritdəki ofisinə qayıdıb.

Conson bu gün videokonfrans vasitəsilə keçiriləcək Nazirlər Kabinetinin iclasına rəhbərlik edəcəkdir.
Consonun gündəlik mətbuat konfransında da iştirak edəcəyi gözlənilir.
Digər tərəfdən, "Telegraph" qəzetinin xəbərinə görə, Consonun bu həftə məhdudiyyətlərin necə yumşaldılacağına dair planlarını açıqlayacağı gözlənilir.
Qəzetə danışan və adının açıqlanmayan Consonun bir köməkçisi baş nazirin məhdudiyyətləri yumşalda biləcəyini söyləyib.

Qeyd edək ki, martın 27-də Boris Conson koronavirusa yoluxduğunu açıqlamışdı. Baş nazir həmin vaxtdan özünü təcrid edib. Buna baxmayaraq, baş nazir son günlərə qədər işləməyə davam edirdi. Səhhəti ağırlaşan 55 yaşlı siyasətçi aprelin 6-sı xəstəxanaya yerləşdirilmişdi. 



Әlaqәli Xәbәrlәr