Qǝrb ölkǝlǝrindǝ dǝ  koronavirus sǝbǝbindǝn hǝlak olanların sayı artır

İtaliyada yeni növ koronavirus (Kovid-19)  epidemiyası sǝbǝbindǝn hǝlak olanların sayı 34 nǝfǝrǝ çatıb. Mǝlumata görǝ, ölkǝdǝ koronavirus yayılmaqda davam edir.

1370076
Qǝrb ölkǝlǝrindǝ dǝ  koronavirus sǝbǝbindǝn hǝlak olanların sayı artır

 

İtaliyada yeni növ koronavirus (Kovid-19)  epidemiyası sǝbǝbindǝn hǝlak olanların sayı 34 nǝfǝrǝ çatıb. Mǝlumata görǝ, ölkǝdǝ koronavirus yayılmaqda davam edir.

‘‘Ağ dǝbilqǝlilǝr’’ tǝşkilatının rǝsmisi Anqelo Borelli paytaxt Romada tǝşkil etdiyi mǝtbuat konfransında ölkǝdǝ koronavirusa yoluxanların sayının 1577-ǝ yüksǝldiyini açıqlayıb.

Anqelo Borelli  virusa yoluxan 140 nǝfǝrin vǝziyyǝtinin ağır olduğunu vǝ 83 nǝfǝrin dǝ müalicǝ olunduğunu qeyd edib. Mǝlumatda qeyd olunub ki, Lombardiya bölgǝsindǝki mǝktǝblǝrin fǝaliyyǝti martın 8-dǝk dayandırılıb.

Digǝr tǝrǝfdǝn ‘‘Amerikan Airlines’’  aviaşirkǝti  koronavirus epidemiyası sǝbǝbindǝn Milana aprelin 24-dǝk hǝyata keçirilǝcǝk aviareyslǝrini dayandırıb.

Amerika Birlǝşmiş Ştatlarında isǝ koronavirus sǝbǝbindǝn iki nǝfǝr hǝlak olub.

Әldǝ olunan son mǝlumatlara ǝsasǝn, virusa yoluxanların sayı Almaniyada 129, Fransada 100, ispaniyada 74, İngiltǝrǝdǝ 35, İveçdǝ 22, İsviçrǝdǝ 22, İngiltǝrǝdǝ 35, Avstraliyada 14, Hollandiyada 10, Yunanıstanda 7 vǝ Belçikada 2 nǝfǝrǝ çatıb.

Çexiya sǝhiyyǝ naziri Adam Vojtech ölkǝdǝ üç nǝfǝrin Kovid-19 epidemiyasına yoluxduğunu açıqlayıb. Dominikan Respublikasında da bir nǝfǝrdǝ koronavirus aşkar edilib. Hǝmin şǝxsin İtaliya vǝtǝndaşı olduğu vurğulanıb.

Qeyd edәk ki, yeni növ  koronavirus ilk olaraq Çinin Xubey әyalәtinin Vuxan şәhәrindә yayılmağa başlamışdı. Ümumdünya Sәhiyyә Tәşkilatı koronavirusun yayılması ilә әlaqәdar fövqәladә vәziyyәt  elan etmişdi.

Ümumdünya Sǝhiyyǝ Tǝşkilatı  cümǝ günü  Kovid-19-la bağlı risk sǝviyyǝsini  ‘‘yüksǝk’’dǝn ‘‘çox yüksǝk’’ sǝviyyǝsinǝ  yüksǝltmişdi.



Әlaqәli Xәbәrlәr