Yaponiyada karantinə alınan gəmidə daha 60 nəfərdə korona virusu aşkarlanıb

Fevralın 3-dən Yaponiyanın Yokohama limanında karantinə alınan “Diamond Princess” kruiz gəmisində yeni növ korona virusu daha 60 nəfərdə aşkar edilib.

1356464
Yaponiyada karantinə alınan gəmidə daha 60 nəfərdə korona virusu aşkarlanıb

 

Fevralın 3-dən Yaponiyanın Yokohama limanında karantinə alınan “Diamond Princess” kruiz gəmisində yeni növ koronavirus daha 60 nəfərdə aşkar edilib.

“Kyodo” xəbər agentliyinin məlumatına görə, bununla da gəmidə virusa yoluxanların sayı 130 nəfərə çıxıb.

Gəmi yanvarın 20-də Kaqoşima-Honkonq-Okinava marşrutu üzrə səyahətə çıxıb. Lakin Honkonqda gəmini tərk edən 80 yaşlı Honkonq sakinində koronavirisun yeni tipi aşkar edilib. Bundan sonra sərnişinlərdən bir neçəsində yüksək temperatur və öskürmə qeydə alınıb.

Yaponiya hökumətinin qərarına əsasən, göyərtəsində 3700 nəfərin olduğu layner Yokohama limanında saxlanılıb və ona karantin tətbiq edilib. Koronavirusa yoluxanlar gəmidən çıxarılaraq xəstəxanaya yerləşdirilib. Gəmidə qalan sərnişinlər üçün karantin müddəti davam edir.



Әlaqәli Xәbәrlәr