Yaponiyada korona virusuna yoluxanlar müalicə olunaraq evə buraxılıb

Yaponiyada yeni koronavirusa yoluxmuş ilk xəstə müalicə olunaraq evə buraxılıb.

1355863
Yaponiyada korona virusuna yoluxanlar müalicə olunaraq evə buraxılıb

 

  Yaponiyada yeni korona virusuna yoluxmuş ilk xəstə müalicə olunaraq fevralın 8-də evə buraxılıb.

  Kyodo agentliyinin yazdığına görə, 60-dan çox yaşı olan həmin şəxsin Nara şəhərində çinli turistləri gəzdirən avtobusun sürücüsü olduğu bildirilir. Eyni zamanda, onun Çindən kənarda yeni koronavirusa yoluxmuş ilk yapon olduğu qeyd edilir.

  Sürücünün çinli turistlərdən yoluxduğu bildirilsə də, onda yeni korona virusunun yaratdığı sətəlcəmin simptomları ilk mərhələdə müəyyən edilməyib. Sonradan yeni virus həmin avtobusda çalışan qadın bələdçidə də aşkar edilib.



Әlaqәli Xәbәrlәr