Liviyada Hafter qüvvələrinin hücumları davam edir

Liviyada qiyamçı general Hafterə sadiq qüvvələrin hücumları nəticəsində paytaxt Tripolidəki bəzi məktəblərdə təhsilə fasilə verildiyi bildirilib.(YENİLƏNİB)

1333191
Liviyada Hafter qüvvələrinin hücumları davam edir

Liviyada qiyamçı general Hafter qüvvələrinin paytaxt Tripoliyə raketlə etdiyi hücum nəticəsində bir qadın həyatını itirib. 

Beynəlxalq miqyasda legitimliyi olan Milli Həmrəylik Hökumətinə bağlı Burkan əl-Qadab əməliyyatı mətbuat xidmətinin məlumatına görə, Tripolinin mərkəzindəki Bin Aşur bölgəsinə üç raket düşüb. 

Liviya Milli Həmrəylik Hökumətinə (MHH) bağlı qüvvələr qiyamçı general Hafter qüvvələrinin paytaxt Tripolinin cənubuna etdiyi hücumu geri oturdub.

MHH-nin həyata keçirdiyi Burkan əl-Qabad əməliyyatının sözçüsü Musdafa əl-Mecei Hafterə sadiq qüvvələrin Tripolinin cenubundakı Salahaddin bölgəsinə havadan və qurudan hücum etdiyini bildirib. 

Meveci MHH qüvvələrinin hücumu geri oturdaraq, et-Takbali düşərgəsinə nəzarətin tamamilə ələ keçirildiyini və Hafter milislərinin ağır itkilər verdiyini qeyd edib.

Digər tərəfdən, Liviyada qiyamçı general Hafterə sadiq qüvvələrin hücumları nəticəsində paytaxt Tripolidəki bəzi məktəblərdə təhsilə fasilə verildiyi bildirilib.

Tripolidəki Ayn Zara bələdiyyəsinin sədri Abdulvahid əl-Beluk bələdiyyənin məsuliyyətində olan sahədəki məktəblərin bağlanılması barədə təlimat verib.

Beluk aidiyyəti qurumlara göndərdiyi təlimatda toqquşmaların şagirdlərin və müəllimləri təhlükə ilə qarşı-qarşıya qoyduğunu ifadə edərək, bələdiyyə sərhədləri daxilindəki məktəblərin hamısında təhsilin müddətsiz təxirə salınmasını istəyib.

Eyni səbəbdən 19 dekabr 2019-cu il tarixində də paytaxt Tripolinin cənubundakı Ebu Səlim bölgəsindəki məktəblərdə təhsilə fasilə verilmişdi.

Hafter aprelin 4-də isə Tripolini ələ keçirmək üçün qüvvələrinə hücum üçün göstəriş vermiş və 48 saat ərzində paytaxtın nəzarətini ələ keçirəcəklərini iddia etmişdi.

Bunun nəticəsində Liviyada beynəlxalq legitimliyi olan Milli Həmrəylik Hökumətinə məxsus qüvvələr də “Burkan əl Qabad” əməliyyatına start vermişdi.



Әlaqәli Xәbәrlәr