Liviyada Hafter qüvvələrinə ağır zərbə endirildi

Liviyanın paytaxtı Tripolidə davam edən toqquşmalarda çevrilişçi general Xəlifə Hafterə mənsub 10 silahlı döyüşçü öldürüldü.

1332254
Liviyada Hafter qüvvələrinə ağır zərbə endirildi

Liviya Milli həmrəylək hökuməti bu banədə məlumat yayıb. Hökumətin sözçüsü Məhəmməd Kununu mətbuata açıqlamasında Birləşmiş Ərəb Əmirliklərinə məxsus 4 tankın müşaiyətində Tripoli hava limanı güzərgahındaki Əl-Furusiyyə körpüsünə irəlləyən Hafter silahlıları ilə hökumət qüvcvələri arasında baş verən qarşıdurmada 10 silahlının öldürüldüyünü, hərbi texnikalarının dağıdıldığını bildirib.

Qeyd edək ki, Hafter 4 apreldə qoşunlarına Tripoliyə nəzarətin ələ keçirilməsi üçün hücum əmri verdi. Hökumət qüvvələri isə Hafterin təlimatına cavab olaraq Burkan əl-Qadab əməliyyatına start verdi.



Әlaqәli Xәbәrlәr