İsrail әsgәrlәri fәlәstinlilәrә aid evi dağıdıb

İsrail әsgәrlәri işğal altındakı İordan çayının qәrb sahilinin Ramalah şәhәrindә bir fәlәstinliyә aid evi dağıdıb.

1309722
İsrail әsgәrlәri fәlәstinlilәrә aid evi dağıdıb

 

İsrail әsgәrlәri işğal altındakı İordan çayının qәrb sahilinin Ramalah şәhәrindә bir fәlәstinliyә aid evi dağıdıb. Әldә olunan mәlumatda qeyd olunub ki, İsrail әsgәrlәri evin sәnәdsiz olduğunu bildirib. Mәlumata görә, hadisә Ramalah şәhәrinin Şakba bölgәsindә baş verib. Evin әtrafında tәhlükәsizlik tәdbirlәrini güclәndirәn İsrail qüvvәlәri daha sonra evi yerlә yeksan ediblәr.

İsrail 1967-ci ildә işğal etdiyi Şәrqi Qüds vә İordan çayının qәrb sahilindә fәlәstinlilәrә aid çox sayda  ev vә ofisi dağıdıb. İsrail hәmin evlәrin vә ofislәrin sәnәdsiz olduğunu iddia edir.

Yerli mәnbәlәrin mәlumatına görә, İsrail  keçәn il Şәrqi Qüds vә İordan çayının qәrb sahilindә fәlәstinlilәrә aid 538 tikilini dağıdıb.



Әlaqәli Xәbәrlәr