Macarıstan "Sülh çeşməsi" hərəkatını dəstəklədiyini bildirdi

Macarıstanın dövlət naziri Gergely Gulyas Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyada Fərat çayının şərqindəki bölgəyə sülh və əmin-amanlıq gətirmək üçün həyata keçirdiyi “Sülh çeşməsi” hərəkatına münasibət bildirdi.

1286070
Macarıstan "Sülh çeşməsi" hərəkatını dəstəklədiyini bildirdi

Macarıstanın dövlət naziri Gergely Gulyas Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyada Fərat çayının şərqindəki bölgəyə sülh və əmin-amanlıq gətirmək üçün həyata keçirdiyi “Sülh çeşməsi” hərəkatına münasibət bildirdi.

Nazir ''Türkiyə öz torpaqlarında yaşayan 4 milyon qaçqının ölkələrinə geri qaytarmaq istəyirsə o zaman bu addımı dəstəklənməlidir'' dedi.

Gulyas verdiyi açıqlamada Avropa İttifaqının (Aİ) Türkiyənin cənub sərhədində yaradılmağa çalışılan terror dəhlizini aradan qaldırmaq, bölgəyə sülh və dinclik gətirmək məqsədiylə başladılan “Sülh çeşməsi” hərəkatı ilə əlaqədar 9 oktyabrda açıqlamaq istədiyi birgə ortaq bəyannaməni Macarıstanın uzun müddət bloklaşdırmasını qiymətləndirdi .

Ölkəsinin Polşa, Çexiya, Slovakiya və Macarıstanın qurduğu Vişeqrad Qrupu ölkələri (V4) və Aİ-nin vahidliyini pozmaq istəmədiyini, buna görə Aİ-nin birgə bəyannaməsini qəbul etdiyini söyləyən Gulyas ''Macarıstan konstitusiyaya əsasən müharibəni-ölkələr arasındakı problemlərin həll şeklini- rədd edir, amma macar diplomatiyanın qətiyyətli mövqeyi isə, əgər Türkiyə öz torpaqlarında yaşayan 4 milyon qaçqının öz ölkəsinə geri qaytarmaq istəyirsə o zaman bu təşəbbüsü dəstəklənməlidir'' dedi.

Macarıstan xarici işlər və xarici ticarət naziri Peter Szijjarto da dünən verdiyi açıqlamada Aİ-nin Türkiyənin cənub sərhədində yaradılmağa çalışılan terror dəhlizini aradan qaldırmaq, bölgəyə sülh və dinclik gətirmək məqsədiylə başladılan “Sülh çeşməsi”  hərəkatı ilə bağlı yaymaq istədiyi birgə bəyannaməni Macarıstanın uzun müddət bloklaşdırdığını bildirmiş “Türkiyədə təxminən 4 milyon nizamsız immiqrant və qaçqın var. Türklər onların geri qayıtması üçün cəhd göstərir" deyə bildirmişdi.



Әlaqәli Xәbәrlәr