Xәlifә Hafterә sadiq qüvvәlәrә ağır zәrbәlәr endirilib

Bu barәdә beynəlxalq miqyasda legitimliyi olan Milli Həmrəylik Hökumәtinin hәyata keçirdiyi ‘‘Burkan әl-Qadab’’ әmәliyyatının rәsmi internet sәhifәsindәn verilәn mәlumatda bildirilib.

1277639
Xәlifә Hafterә sadiq qüvvәlәrә ağır zәrbәlәr endirilib

 

 

Liviya Milli Hәmrәylik Hökumәti Xәlifә Hafterә sadiq qüvvәlәrin 8 üzvünün öldürüldüyünü açıqlayıb.

Bu barәdә beynəlxalq miqyasda legitimliyi olan Milli Həmrəylik Hökumәtinin hәyata keçirdiyi ‘‘Burkan әl-Qadab’’ әmәliyyatının rәsmi internet sәhifәsindәn verilәn mәlumatda bildirilib.

Öldürülәn әsgәrlәrin Tripolidә hücum törәtmәyә hazırlaşdıqları irәli sürülüb. Xәlifә Hafterә sadiq bir qrup әsgәrin dә girov götürüldüyü açıqlanıb.

Qeyd edək ki, Liviyanın şərqindəki silahlı qüvvələrin lideri Xəlifə Hafter paytaxt Tripolini ələ keçirmək üçün aprelin 4-də hücum üçün göstəriş vermişdi. Bunun qarşısında beynəlxalq miqyasda legitimliyi olan Milli Həmrəylik Hökumətinə tabe qüvvələr də qarşı əməliyyat başlatmışdı.

Ümumdünya Sәhiyyә Tәşkilatının mәlumatına әsasәn, Tripoli әtrafında 4 aprel-15 iyul tarixlәri arasında hәyata keçirilәn hücumlar nәticәsindә 1093 nәfәr hәlak olub, 5 min 700-dәn çox adam da yaralanıb.



Әlaqәli Xәbәrlәr