Liviyada qarşıdırmalar yenidәn alovlandı

Liviyanın paytaxtı Tripolinin cәnubundakı bәzi bölgәlәrdә Milli Hәmrәylik Hökumәtinә sadiq qüvvәlәr ilә Hafterә sadiq qüvvәlәr arasında qarşıdurmalar yaşanıb.

1251858
Liviyada qarşıdırmalar yenidәn alovlandı

 

Liviyanın paytaxtı Tripolinin cәnubundakı bәzi bölgәlәrdә Milli Hәmrәylik Hökumәtinә sadiq qüvvәlәr ilә Hafterә sadiq qüvvәlәr arasında qarşıdurmalar yaşanıb.

Liviyada Birlәşmiş Millәtlәr Tәşkilatının çağırışları nәticәsindә Qurban bayramı münasibәti ilә әldә olunan atәşkәsә baxmayaraq Ayn Zara, Hallet Avn vә Tripolinin cәnubunda qarşıdurmalar yaşanıb.

Milli Hәmrәylik Hökumәtinin bazar günü verdiyi açıqlamada da Hafterә sadiq qüvvәlәrin atәşkәs rejimini pozduğu bildirilmişdi.

Qeyd edək ki, Liviyanın şərqindəki silahlı qüvvələrin lideri Xəlifə Hafter paytaxt Tripolini ələ keçirmək üçün aprelin 4-də hücum üçün göstəriş vermişdi. Bunun qarşısında beynəlxalq miqyasda legitimliyi olan Milli Həmrəylik Hökumətinə tabe qüvvələr də qarşı əməliyyat başlatmışdı.

Ümumdünya Sәhiyyә Tәşkilatının mәlumatına әsasәn, Tripoli әtrafında 4 aprel-15 iyul tarixlәri arasında hәyata keçirilәn hücumlar nәticәsindә 1093 nәfәr hәlak olub, 5 min 700-dәn çox adam da yaralanıb.



Әlaqәli Xәbәrlәr