İndoneziyada zәlzәlә nәticәsindә bir nәfәr hәlak olub

İndoneziyanın Yava  adası sahilində 6,8  maqnituda gücündə zəlzələnin baş verməsi nəticəsində 1 nəfər ölüb, daha 4-ü xəsarət alıb.

1247236
İndoneziyada zәlzәlә nәticәsindә bir nәfәr hәlak olub

 

 

İndoneziyanın Yava  adası sahilində 6,8  maqnituda gücündə zəlzələnin baş verməsi nəticəsində 1 nəfər ölüb, daha 4-ü xəsarət alıb.

Bu barədə yerli Təbii Fəlakətlərə Nәzarәt  Agentliyi mәlumat yayıb.

Məlumata görə, ölüm hadisəsi Lebak dairəsində qeydə alınıb.

Zəlzələ nəticəsində Banten və Qərbi Yava əyalətlərində 113 bina dağılıb, hәmçinin çox sayda binanın vә xәstәxananın da ciddi zәrәr gördüyü bildirilib.

Tәbii fәlakәt nәticәsindә 50 nәfәrin dә müvәqqәti düşәrgәlәrә sığındığı bildirilib.

Təbii fəlakətdən  sonra hökumət sunami barədə təcili xəbərdarlıq etmişdi.

Amerika Birlәşmiş Ştatlarının Geoloji Araşdırma Mәrkәzi  yeraltı təkanların episentrinin Tuku-Hiller  şəhərindən 105  km uzaqlıqda, ocağının isә  42,8 km dərinlikdə yerləşdiyini açıqlamışdı.

 



Әlaqәli Xәbәrlәr