Hafterә sadiq qüvvәlәr Qiryan şәhәrinә ağır zәrbәlәr endirib

Bu barәdә Milli Hәmrәylik Hökumәtinin hәyata keçirdiyi  ‘‘Burkan әl-Qabad’’ әmәliyyatının rәsmi internet sәhifәsindәn verilәn mәlumatda bildirilib.

1235619
Hafterә sadiq qüvvәlәr Qiryan şәhәrinә ağır zәrbәlәr endirib

 

Liviyada Milli Hәmrәylik Hökumәtinә sadiq qüvvәlәr general Hafterә sadiq qüvvәlәrinin Qiryan  vә Tripolidәki obyektlәrinә ağır zәrbәlәr endirib.

Bu barәdә Milli Hәmrәylik Hökumәtinin hәyata keçirdiyi  ‘‘Burkan әl-Qabad’’ әmәliyyatının rәsmi internet sәhifәsindәn verilәn mәlumatda bildirilib.

Xәlifә Hafterә mәxsus qırıcıların da Milli Hәmrәylik Hökumәtinin nәzarәtindәki Qiryan şәhәrinә hava hücumu tәşkil etdiyi vurğulanıb.

Qeyd edәk ki, Liviyanın şərqindəki hərbi qüvvələrin lideri general Hafter paytaxt Tripolini ələ keçirmək üçün 4 apreldə hücum üçün göstəriş verib. Buna cavab olaraq Milli Həmrəylik Hökumətinə sadiq qüvvələr də “Burkan əl-Qadab” əməliyyatını başladıb.

Milli Hәmrәylik Hökumәtinә sadiq qüvvәlәr iyunun 26-da Xәlifә Hafterә sadiq qüvvәlәrin Qiryan şәhәrini nәzarәtinә keçirdiyini açıqlamışdı.



Әlaqәli Xәbәrlәr