Qutarreşin G20 sammitində iştirak edən liderlərə çağırışı

BMT-nin baş katibi Antonio Qutarreş BMT təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ilə İran arasında 2015-ci ildə imzalanan, ancaq ABŞ-ın təktərəfli çıxdığı nüvə razılaşmanın davam etdirilməsi və Körfəzdəki vəziyyətin azaldılması üçün çağırış etdi.

1226901

Qutarreş Yaponiyanın ev sahibliyində Osakada başlayan G20 sammiti çərçivəsində mətbuata verdiyi açıqlamasında deyib ki, İran ilə qəbul edilən nüvə razılaşma bir sabitlik faktıdır və bunu qorumaq böyük əhəmiyyət daşıyır.

Körfəzdəki gərginliyin azaldılması və ehtimal olunan bir toqquşmadan imtina edilməsini tələb edən Qutarreş bölgədəki mümkün olan bir toqquşmanın G20 sammitində iştirak edən liderlər üçün ciddi bir narahatlıq qaynağı olduğunu ifadə etdi.

Qutarreş G20 sammitində iştirak edən liderlərə ünvanladığı məktubunda G20 ölkələrinə qlobal maliyyənin təhlükəsizlik şəbəkəsini güçləndirmək və qlobal iqtisadiyyatın dözümlülüyünü artırmaq üçün ədalətli və sabit islahatlar sahəsində addım atmaq və “bərabər inkişafı təşviq etmək”  üçün çağırış etdi.

Әlaqәli Xәbәrlәr