Gürcüstanda etiraz aksiyası keçirilib

Gürcüstanın paytaxtı Tbilisidә müxalifәt partiyalarının minlәrlә  tәrәfdarları etiraz aksiyası keçiriblәr.

1222344
Gürcüstanda etiraz aksiyası keçirilib

 

Gürcüstanın paytaxtı Tbilisidә müxalifәt partiyalarının minlәrlә  tәrәfdarları etiraz aksiyası keçiriblәr. Mәlumata әsasәn, aksiyaçılar parlament binasına daxil olmağa çalışıblar. Polisin etirazçılara plastik güllә vә  gözyaşardıcı qazla müdaxilә etdiyi bildirilib.

Qeyd edək ki, Parlamentlərarası Pravoslavlıq Assambleyasında Rusiya Kommunist Partiyasının nümayəndəsi Sergey Qavrilovun Gürcüstan parlamentinin sәdri İrakli Kobaxidzenin yerində oturması parlamentdə gürcü deputatların etirazına səbəb olub. Onlar ümumiyyətlə, rusiyalı nümayəndə heyətinin Tbilisidə olmasına etiraz ediblər.

Gürcüstanın hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının liderləri baş verənləri “protokol səhvi” adlandırsa da müxalifət bununla razılaşmayıb.

Parlementin qarşısına toplaşan nümayişçilər spiker İrakli Kobaxidzenin istefasını tələb ediblәr. Mitinqdə, həmçinin, növbədənkənar seçkilərin keçirilməsi tələb edilib.



Әlaqәli Xәbәrlәr