Quterreşin İdliblə bağlı çağırışı

BMT-nin baş katibi Antonio Quterreş Suriyanın İdlib bölgəsində davam edən toqquşmalar barədə narahatlığını dilə gətirərək, Türkiyə və Rusiyaya vəziyyəti sabitliyə qovuşdurmaları üçün çağırış etdi.

1221255

Quterreş Suriyanın İdlib bölgəsindəki vəziyyətə dair mətbuat mənsublarının suallarına cavab verərək dedi ki, xüsusilə İdlibdə artan aktyorların iştirakı ilə vəziyyət daha da ağırlaşdı. Bunun dəhşətli zərərini yenə dinc əhali çəkir. Astana prosesindəki zamin ölkələrə xüsusilə 2018-ci ilin sentyabr qəbul edilən razılaşmaya imza atan ölkələr kimi Rusiya və Türkiyəyə ləngimədən İdlibdəki vəziyyəti sabitliyə qovuşdurmaları barədə çağırış edirəm.

Terrorla mübarizənin beynəlxalq insan haqları və insani hüquq ilə tam uyğunluq olmasının vacibliyini vurğulayan Quterreş “Dəfələrlə işarə etdiyim kimi Suriya böhranına hərbi həll yolu yoxdur. Problemin əvvəlində və 8 il sonra açıq  şəkildə aydın oldu ki, bu problemin həlli siyasidir” deyə bildirib.

Әlaqәli Xәbәrlәr