"Amma yenə nə olursa olsun, İranla danışıqlara hazıram”, D.Tramp

Fransa prezidenti Emmanuel Makron və Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp bir araya gəldi.

1214551
"Amma yenə nə olursa olsun, İranla danışıqlara hazıram”, D.Tramp

  Fransa prezidenti Emmanuel Makron və Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp bir araya gəldi.

  İkinci Dünya Müharibəsinin gedişində əsaslı dönüş yaradan və Avropanın faşist işğalından qurtarılmasında əhəmiyyət daşıyan Normandiya Hadisəsinin 75-ci ildönümü münasibətilə keçirilən mərasimdə iştirak etmək üçün Fransada olan ABŞ prezidenti Donald Trampla Makron Kaen (Caen) valiliyində görüşdülər.

  Görüşdən əvvəl ortaq mətbuat konfransında Trampı Fransada qarşılamaqdan məmnunluq duyduğunu söyləyən Emmanuel Makron Fransanın ABŞ ilə Afrika və Orta Şərqlə bağlı beynəlxalq mövzularda əməkdaşlığının əhəmiyyətinə toxunaraq dedi:

  “Fransa ilə Amerika Birləşmiş Ştatları arasında güclü əlaqələr var. Trampla da İran, Orta Şərq və digər beynəlxalq mövzularda ortaq fikrə malik olmağımız böyük əhəmiyyət daşıyır.”

  ABŞ prezidenti Donald Tramp da öz növbəsində çıxış edərək Fransada mərasimdə iştirak etdiyi üçün məmnuniyyətini dilə gətirdi, Fransa ilə Amerika arasında fövqəladə bir bağ və ortaqlığın olduğunu vurğulayaraq bunları söylədi:  

  “İranın nüvə silahına malik olmasını istəmirik, çünki terrorçu ölkədir. Bu barədə də Fransa ilə eyni fikirdəyik. İrana tətbiq olunan sanksiyalar bir çox məsələni dəyişdirdi. Amma yenə nə olursa olsun, İranla danışıqlara hazıram”.



Әlaqәli Xәbәrlәr