Donald Tusk Şavkat Mirziyoyevlә görüşüb

Avropa İttifaqı Şurasının sәdri Donald Tusk Özbәkistana etdiyi sәfәr çәrçivәsindә bu ölkәnin prezidenti Şavkat Mirziyoyevlә görüşüb.

1212578
Donald Tusk Şavkat Mirziyoyevlә görüşüb

 

Avropa İttifaqı Şurasının sәdri Donald Tusk Özbәkistana etdiyi sәfәr çәrçivәsindә bu ölkәnin prezidenti Şavkat  Mirziyoyevlә görüşüb.

Şavkat  Mirziyöyev görüşdә Avropa İttifaqı ilә Özbәkistan arasındakı konstruktiv siyasi dialoq, ticari, iqtisadi, texniki, mәdәni vә elmi sahәlәrdәki әmәkdaşlığa görә mәmnun olduğunu dilә gәtirib.

Tərəflər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələsinin müzakirə olunduğu görüşdә  Özbəkistanda ticarәtin  liberallaşdırılmasına yönəldilmiş islahatların  Avropa İttifaqının işgüzar dairələrinin bu ölkədəki fəaliyyətlərini artırmasına imkan yaratdığı qeyd olunub.

Tusk da  Özbəkistanın Aralıq dəniz hövzəsində ekoloji fəlakətin aradan qaldırılması üçün göstәrilәn səyləri alqışlayaraq  Aİ-nın  bu mövzuda əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.

Görüşdә hәmçinin Әfqanıstandakı vәziyyәtin sülh yolu ilә hәll edilmәsinin vacibliyi dә vurğulanıb.



Әlaqәli Xәbәrlәr