"Brexit" layihəsinə səsvermə təxirə salındı

Böyük Britaniyada hökumət rəsmisi Mark Spenser iyunun 7-də "Brexit" layihəsinin səsverməyə çıxarılmayacağını bildirdi.

1207250
"Brexit" layihəsinə səsvermə təxirə salındı

Böyük Britaniya hökuməti Avropa İttifaqından ayrılmağa ("Brexit") dair yeni qanun layihəsi hakim Mühafizəkarlar Partiyasında üsyana səbəb olduqdan sonra səsvermənin təxirə salındığını açıqladı.

Parlamentdə çıxış edən hökumət rəsmisi Mark Spencer qanun layihəsini 3 iyun tarixində elan etməyi və 7 iyunda səsverməyə çıxarmağı planlaşdırdıqlarını, lakin bu mövzuda bir razılaşma əldə edilmədiyini,  yeni tarix haqqında daha sonra məlumat veriləcəyini bildirdi.

Müxalif  Valerie Vaz isə səsvermənin təxirə salınması ilə bağlı baş nazir Tereza Meyin (Theresa May) istefa təzyiqi altında olmasını xatırladaraq: "Baş nazir bir daha siyasi gələcəyini milli maraqların önünə qoydu" dedi.

Mey dördüncü dəfə parlamentə təqdim edəcəyi "Brexit" razılaşması ilə bağlı qanun layihəsinin məzmunu barədə mayın 21-də açıqlama vermişdi. Baş nazir ikinci dəfə referendum keçirilə biləcəyini də bildirmişdi.

Qeyd edək ki, Böyük Britaniyada 29 martda baş tutması nəzərdə tutulan "Brexit" parlament müqaviləni təsdiq etmədiyi üçün  əvvəl 12 aprel, daha sonra da 31 oktyabra qədər təxirə salınıb.

 



Әlaqәli Xәbәrlәr