Liviyada Hafter qüvvələrinə ağır zərbələr endirildi

Liviya Milli Razılaşma Hökumətinə (UMH) mənsub qüvvələr, ölkənin şərqində yerləşən Geryan şəhərindəki Xəlifə Hafterin başçılıq etdiyi silahlı qüvvələrin qərargahlarına hava əməliyyatı təşkil etdiblər

1205813
Liviyada Hafter qüvvələrinə ağır zərbələr endirildi

UMH qüvvələrin sözçüsü Məhəmməd Qanuni yazılı şərhində bildirib ki, Hafterə mənsub silahlıların yerləşdikləri mərkəzlərə istiqamətli hava hücumlarıyla bölgədə silah-sursat və avadanlıq anbarları məhv edilib.

Məlumata görə Paytaxt Tripolinin cənubunda tərəflər arasında qarşıdurmalar davam edir.

Xatırladaq ki, Hafter qüvvələri Sabrata, Surman və aralarında Geryanın da olduğu bir çox şəhərə nəzarəti asanlıqla ələ keçirmişdi. Bunda təbliğat və cəlbedici maliyyə təklifləri başda olmaqla iqtisadiyyatın və ictimai asayişin yaxşı olmaması bəzi qrupların müqavimət göstərməyərək Hafterə tabe olmaları təsirli olmuşdu.



Әlaqәli Xәbәrlәr