Tunis sahillərində miqrantları daşıyan qayıq batıb

Aralıq dənizinin Tunis sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ən az 70 nəfər ölüb.

1199073
Tunis sahillərində miqrantları daşıyan qayıq batıb

Aralıq dənizinin Tunis sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ən az 70 nəfər ölüb.

BMT Miqrasiya Təşkilatının açıqlamasına görə, qayıqda olan 16 nəfər ətrafdakı qayıqda olanlar tərəfindən sağ xilas edilib.

Ölənlərin sayının artacağı ehtimal olunur. 

Dənizdə axtarış fəaliyyətləri isə davam edir.

Qayğın Liviyadan hərəkət etdiyi güman edilir.



Әlaqәli Xәbәrlәr